Zədələnmiş yükün satıldığı halda əvəzi ödəniləcək zərər, müəyyən edilən yükün zədəsiz vəziyyətdə olan dəyəri ilə onun satışından əldə edilən xalis məbləğ arasındakı fərqlə müəyyənləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmi sahibinin və ya onun gəmi agentinin xəbəri olmadan və ya qəsdən yanlış ad altında gəmiyə yüklənmiş yükün, habelə qəsdən yanlış ad altında daşınmaq üçün təhvil verilmiş yükün zədələnməsi və ya məhv olması nəticəsində vurulan zərər ümumi qəza hesab edilmir. Belə yüklər xilas edildikdə, onların sahibləri ümumi qəza ilə bağlı ödəmələrdə ümumi əsasla iştirak etməyə borcludurlar.