İstismar zamanı gərginliyi 1000 V-dan yuxarı olan qurğulardan kənarda cərəyandaşıyan hissələri bütöv və tor çəpərlə bağlanmış, qapısı isə bloklanmış stasionar sınaq qurğularından istifadə etməklə izolyasiya materialları və məmulatlarının (o cümlədən mühafizə vasitələrinin, izolyasiya hissələrinin, transformator yağlarının) sınaqları, hazırlanmış metodika üzrə, elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı olmayan qrupa malik mütəxəssis təkbaşına keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.