Cəlilabadda 3 gün əvvəl yanğın baş verən evdə xəsarət alan uşaq ölüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Cəlilabad rayonunun Azərbaycan küçəsində fərdi yaşayış evində yanğın zamanı xilas olunan 5 yaşlı Rüqəyya Xəyyam qızı İsmayılova Bakı şəhərində xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, sentyabrın 8-də baş verən yanğın zamanı azyaşlı evdə yatmış halda olub. Hadisə yerinə gələn FHN-nin Cəlilabad yanğından mühafizə hissəsinin əməkdaşları azyaşlını xilas edərək aidiyyəti üzrə təhvil veriblər.
Xəstəxanadan 2019-cu il təvəllüdlü uşağın tüstüdən zəhərləndiyi bildirilmişdi.
İlkin yardım göstəriləndən sonra azyaşlı Bakı şəhərindəki xəstəxanalardan birinə təxliyə olunmuşdu.