Cinayət işinin başlanması barədə qərarda nələrin göstərilməli olduğu açıqlanıb.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işinin başlanması barədə qərarda aşağıdakılar göstərilməlidir:

– qərarın çıxarıldığı tarix, vaxt və yer;

– qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

– cinayət işinin başlanmasına səbəb, əsas və ya fakt;

– cinayət işinin başlanmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi;

– cinayət işinin başlanmasından sonra onun ibtidai araşdırılma aparılması üçün icraata götürülməsi və ya verilməsi.