Çubuqvari və asma izolyatorların ölçü ştanqları ilə sınağı üçün işləri ən azı 2 (iki) nəfər aparmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Onlardan biri elektrik təhlükəsizliyi üzrə IV qrupdan, digəri isə elektrik təhlükəsizliyi üzrə III qrupdan aşağı qrupa malik olmamalıdır. Konstruksiyalara və ya mobil qaldırıcı platformaya qalxmaq, həmçinin ondan düşmək ştanq olmadan yerinə yetirilməlidir. Hətta tək ölçmələr zamanı işlər dayaq konstruksiyalarından və mobil qaldırıcı platformadan istifadə etməklə naryad üzrə aparılmalıdır.