Kəsilmədən sonra budaq və şaxələrin təmizlənməsi üz və göz üçün fərdi mühafizə vasitələrinin istifadəsi ilə icra edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava xəttinə baxış keçirən zaman təmir və ya bərpa işlərini yerinə yetirməyə, həmçinin dayağa və onun konstruksiyasına qalxmağa yol verilmir. Dayağa qalxmağa yalnız hündürlükdən baxış zamanı yol verilir və naryad üzrə yerinə yetirilir.