Addım-boltlar gərginlik altında qalan dövrələr tərəfdə yerləşirsə, dayağa iş icraçısının və ya elektrik təhlükəsizliyi üzrə ІII qrupdan aşağı olmayan qrupa malik və yer üzərində duran briqada üzvünün nəzarəti altında qalxmağa yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Digər dövrələri gərginlik altında qalan çoxdövrəli hava xəttinin açılmış dövrəsində işləyərkən işlər aparılan dayaqlarda torpaqlanma qoyulmalıdır.