Hadisəyə cəlb olunmuş gəmilərin mülkiyyətçiləri onların hər birinə Ticarət Gəmiçiliyi Məcəlləsində müvafiq olaraq tətbiq edilə bilən məsuliyyətin məhdudlaşdırılması hüququna malikdirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Gəmi mülkiyyətçisinin bir hadisəyə münasibətdə öz məsuliyyətini tutumu 5000 tondan artıq olmayan gəmi üçün 3 000 000 hesablaşma vahidi ilə hesablanan ümumi məbləğlə məhdudlaşdırmaq hüququ var.
Eyni zamanda bu halda tutumu 5000 tondan artıq olan gəmi üçün, ümumi məbləğin heç bir halda 59,7 milyon hesablaşma vahidindən çox olmaması şərti ilə, yuxarıda göstərilən məbləğə tutumun sonrakı hər tonu üçün 420 hesablaşma vahidi əlavə edilir.