İtirilmiş işlərin tapılması üçün hansı tədbirlər görülməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

İtirilmiş işlərin tapılması üçün aşağıdakı tədbirlər görülür:

-hesablamalar aparılarkən, nömrələr yazılarkən və digər işlər zamanı buraxılmış nömrələri müəyyən etmək məqsədi ilə köhnə siyahılarla yeniləri tutuşdurulur, həmin işlər məhv edilmə aktları üzrə yoxlanılır və s.;

-siyahıya iki dəfə və ya səhv nömrə ilə yazılan işləri aşkar etmək üçün fond siyahısının yekun yazısı və işlərin başlıqları tutuşdurulur;

-müvəqqəti istifadəyə verilən işlərin sənədləri yoxlanılır;

-işlərin komplektləşdirilməsi, sistemləşdirilməsi zamanı buraxılmış səhvin aşkar olunması üçün əvvəllər siyahıya alınan, bərpa edilən, cildlənən işlər öyrənilir;

-siyahıya alınmış, lakin arxiv işləri bölməsinə verilməmiş işlərin tapılması üçün sənədləri arxivə təhvil verən orqanda axtarış aparıla bilər.