Müğənni Kərimin toya döyülmə səbəbi məlum olub.

Heftelik.az-ın “Lent.az”a istinadən verdiyi məlumata görə, müğənni Kərim Abbasov fonaqramma ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

Nəticədə Müğənnini döyüblər.

***

saat 11.04

Müğənni Kərim toyda döyülüb.

Heftelik.az-ın “Lent.az”a istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.

Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.
Araşdırma gedir.