Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Müsavat Partiyasından istefa verib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə APA-ya Novella Cəfəroğlu özü məlumat verib.
Novella Cəfəroğlu deyib ki, seçki ilə bağlı mövqeyinə görə Müsavat Partiyasının üzərinə çox gediblər: “Mən demişəm ki, parlament seçkiləri şəffaf olub. Mən bu gün dövlətə qulluq edən insanam. Bu gün hər tərəfimiz düşmən olduğu zaman xalqımızın bir yerdə olmasının tərəfdarıyam. Mən dövlətə lazım olan sözləri həmişə demişəm və deyəcəm. Mən müsavatçılıqdan yox, Müsavat Patiyasından çıxıram”.