Mühafizə üçün daxil olan sənədlərin nəmliyinin aradan qaldırılması işi təmizləyici qurğular işləyən qəbul otaqlarında aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Qurudulması vacib olan nəm çəkmiş sənədlər:
-I qrup -yüksək dərəcədə nəm, birbaşa islanmış sənədlər, suya düşmüş sənədlər və s.;
-II qrup -az miqdarda nəm çəkmiş, üzərinə azacıq su düşmüş və ya uzun müddət rütubətlik dərəcəsi 80-100% olan otaqlarda saxlanılmış sənədlər;
-III qrup-az miqdarda nəm çəkmiş yüksək rütubətli yerlərdə qısa müddətə saxlanılmış (bağlı avtomaşınlarda yağışlı, dumanlı havalarda 1 sutkadan artıq olmayaraq daşınmış) sənədlər.
I qrupa aid sənədlər yüksək temperaturda (25-35S) və havanın nisbi rütubətliyi aşağı endirilmiş (20-40%) şəraitdə 10 gündən az olmayaraq saxlanmalıdır. Bu cür sənədlərin rütubətinin əvvəlcədən xüsusi suçəkən kağızla götürülməsi, otaqda havanın çox qızdırılması, sənədlərin isti hava ilə (30-40S) üfürülməsi, onların açıq və ya asılmış vəziyyətdə yerləşdirilməsi məsləhət görülür.
II qrupa aid sənədlər otaq şəraitində (15-25S) açıq şəkildə (havanın nisbi rütubəti 30-40% olmaqla) 3 sutkadan, rütubət 30-60% olduqda isə 5 sutkadan az olmayaraq saxlanılır.
III qrupa aid edilən sənədlər otaq şəraitində, havanın nisbi rütubəti 30-60%-dən az olmamaqla açıq şəkildə 1 sutka, bağlı şəkildə isə 2 sutkadan az olmayaraq saxlanılır.