Tovuz Rayon İcra Hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalov vəfat edib.
Heftelik.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, o, 80 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Tofiq Zeynalov 2007-2018-ci illərdə Tovuz Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. O, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır.