Rele mühafizəsi QURĞULARI

11 Sentyabr 2024, 08:12

Ölçü cihazlarının rele mühafizəsi və avtomatika qurğularının dövrələrində təhlükəsiz işləməsinin təmin olunması üçün cərəyan və gərginlik ölçü transformatorlarının ikinci dövrələrinin (dolaqlarının) daimi torpaqlanması olmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Rele mühafizəsi qurğularının mürəkkəb sxemlərində ölçü transformatorlarının elektriki birləşmiş ikinci tərəf dolaqlarında yalnız bir nöqtədə torpaqlanma qoymağa yol verilir.