Səyyar sınaq qurğusunun gövdəsi en kəsiyi 10 mm2-dən az olmayan ayrıca elastik mis naqillə torpaqlanmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Sınaqdan əvvəl gövdənin torpaqlanmasının etibarlılığı yoxlanılmalıdır. Sınaq qurğusunu gərginliyi 0,4 kV olan şəbəkəyə birləşdirmədən öncə onun yüksək gərginlik girişi torpaqlanmalıdır. Sınaq sxemlərində torpaqlanma üçün istifadə olunan elastik mis naqilin en kəsiyi 4 mm2-dən az olmamalıdır.