Ümumi qəzanın bölüşdürülməsini tələb edən tərəf elan edilmiş zərərin həqiqətən ümumi qəza kimi tanınmasını sübut etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Dispaşanın tərtib edilməsi ilə mənafeləri toxunula bilən şəxs ümumi dəniz tədbiri başa çatdıqdan sonra on iki ay ərzində dispaşerə əvəzinin ödənilməsini tələb etdiyi itki və xərclər barədə yazılı bildiriş verir. Belə bildiriş verilmədikdə, dispaşer dispaşanı onda olan məlumat əsasında tərtib edə bilər. Bu halda dispaşa yalnız onun açıq-aşkar düzgün olmaması əsasında mübahisə edilə bilər.