Yüksək təhlükəli yerləşgələrdə əldə daşınan çıraqların gərginliyi 50 V-dan yuxarı olmamalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Təhlükəli iş şəraitində (quyularda, açarların çənlərində, kompleks paylayıcı qurğu bölmələrində, qazanların barabanlarında, metal rezervuarlarda görülən iş şəraiti) görülən işlər zamanı əldə daşınan çıraqların gərginliyi 12 V-dan yuxarı olmamalıdır.