Hava xətti, nəqliyyat yolları ilə (o cümlədən dəmir yolları, gəmiçiliyə yararlı çaylar, kanallar) kəsişdiyi sahələrdə işlərin icrası və nəqliyyatın hərəkətinin müvəqqəti dayandırılması üçün və ya onun hərəkəti zamanı HX-də işlərin dayandırılması zamanı naryadverən işlərin aparıldığı yerə yolun sahibini çağırmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu sahib nəqliyyatın dayanmasını təmin etməli və ya hava xəttində işləyən briqadanı yaxınlaşan nəqliyyat barədə xəbərdar etməlidir.