Ölçü cihazları, rele mühafizəsi və elektroavtomatika qurğularının cərəyandövrəsini ayırmaq üçün cərəyan transformatorlarının ikinci tərəf dolaqları bu dolaqlarda nəzərdə tutulmuş sıxaclar və ya sınaq blokları vasitəsilə qapanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Cərəyan transformatorları və qısaqapayıcı arasında ikinci tərəf dövrənin qırılmasına və insan həyatı üçün təhlükəli gərginliyin yaranmasına səbəb olacaq işlərin görülməsi qadağandır.