Dəniz tələbləri üzrə məsuliyyətin məhdudlaşdırılmasına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Bu fəsildə müəyyən edilmiş qaydalara müvafiq olaraq gəmi sahibinin və xilas edənin bu Məcəllənin 277-ci maddəsində nəzərdə tutulmuş tələblər üzrə məsuliyyəti məhdudlaşdırılır. . Bu fəsildə müəyyənləşdirilmiş qaydaların tətbiq edilməsi məqsədləri üçün xilas edən xilasetmə əməliyyatları ilə, o cümlədən bu Məcəllənin 277.1-ci maddəsində nəzərdə tutulan əməliyyatlar ilə bilavasitə bağlı xidmətlər göstərən istənilən şəxsdir.