Çətin keçilən yerlərdə (o cümlədən bataqlıqlarda, su maneələrində, dağlarda, meşə uçqunlarında) və əlverişsiz hava şəraitində (o cümlədən yağışda, qar yağanda, güclü şaxtalarda), həmçinin günün qaranlıq vaxtlarında elektrik təhlükəsizliyi üzrə ІI qrupdan aşağı olmayan qrupa malik biri rəhbər təyin olunmaqla 2 (iki) mütəxəssis HX-lərə baxış aparmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Digər hallarda baxışı elektrik təhlükəsizliyi üzrə II qrupdan aşağı olmayan qrupa malik mütəxəssis aparır.