Xilas edən həyata keçirdiyi xilasetmə əməliyyatı nəticəsində ətraf mühitə zərər vurulmasının qarşısını alıb və ya azaldıbsa, gəmi sahibinin xilas edənə verdiyi xüsusi kompensasiyanın miqdarı onun çəkdiyi xərclərin maksimum 30 faizi qədər artırıla bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Məhkəmə müvafiq meyarları nəzərə alaraq xüsusi kompensasiyanı artıra bilər, lakin ümumi artırma xilas edənin çəkdiyi xərclərin 100 faizindən artıq ola bilməz.