Cinayətin törədilməsində Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikasının keçmiş Prezidentinin və ya onun arvadının (ərinin), Milli Məclisin deputatlarının, Baş nazirin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin, hakimlərin, prokurorluq orqanları əməkdaşlarının, Azərbaycan Respublikasının xaricdəki diplomatik idarələrinin və xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının, habelə ədliyyə, polis, təhlükəsizlik, miqrasiya, fövqəladə hallar, vergi və gömrük orqanları əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.