İmpulslu xətt ölçənləri elektrik verilişi xətlərinə birləşdirməyə yalnız açılmış və torpaqlanmış HX-də yol verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Həmin birləşdirmə aşağıdakı ardıcıllıqla yerinə yetirilməlidir:
– əvvəl birləşdirici naqil impulslu xətt ölçənin torpaqlanmış naqillərinə birləşdirilir;
– sonra birləşdirici naqil elektrik izoləedici ştanq vasitəsilə hava xəttinin naqilinə birləşdirilir (bu zaman birləşdirici naqili HX-yə birləşdirən ştanqlar xəttin naqillərində qalmalı, ştanqlarla işləyərkən dielektrik əlcəklərdən istifadə edilməlidir);
– hava xəttinin impulslu xətt ölçən birləşdirilən ucundan torpaqlanma çıxarılır (yoxlanılması aparılan hava xəttinin digər uclarından torpaqlanmaların çıxarılmasına yol verilir);
– hava xəttindən torpaqlanma çıxarıldıqdan sonra birləşdirici naqil, mühafizə qurğusu və ona gələn naqillər gərginlik altında olan hesab olunur (onlara toxunmaq qadağandır).