Qış vaxtı havanın temperaturu mənfi dərəcə olan zaman, 1-5 saat ərzində daşınan sənədlər III qrupa aid olan sənədlər (az miqdarda nəm çəkmiş yüksək rütubətli yerlərdə qısa müddətə saxlanılmış (bağlı avtomaşınlarda yağışlı, dumanlı havalarda 1 sutkadan artıq olmayaraq daşınmış) sənədlər) üçün müəyyən edilmiş qaydada bağlı şəkildə saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.

Qış dövründə uzunmüddətli (1 sutkadan çox) daşımalardan sonra sənədlər II qrupda nəzərdə tutulan qaydada saxlanılır.