Kəlbəcərdə ölümnə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın məlumatına görə,  DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildiri ki, sentyabrın 12-i gecə saatlarında Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

 

Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı məlum olub ki, Daşkəsən rayon sakini, 1989-cu il təvvəlüdlü N. Qasımov “Hovo” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sərnişin Daşkəsən rayon sakini, 1992-ci il təvvəllüdlü İ. Qasımov isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.