Sınaq qurğusu gərginliyi 0,4 kV olan şəbəkəyə qoşulması dövrənin qırılması görünən kommutasiya aparatı vasitəsilə və ya qurğunun idarətmə yerində yerləşən ştepsel vasitəsilə yerinə yetirilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Kommutasiya aparatı özbaşına qoşulmağa mane olan quruluşa malik olmalı və ya aparatın hərəkətli və tərpənməz kontaktları arasında elektrik izoləedici taxma olmalıdır. Sınaq qurğusunu gərginliyi 0,4 kV olan şəbəkədən qidalandırmaq üçün naqil və ya kabel bu şəbəkədə quraşdırılmış qoruyucu və ya avtomat açarla mühafizə olunmalıdır.