Yaşı 18-dən aşağı olan mütəxəssisə elektrik təhlükəsizliyi üzrə II qrupdan yuxarı qrup verilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Mütəxəssis gərginliyi 1000 V-dan aşağı olan qurğuya xidmətdən gərginliyi 1000 V-dan yuxarı olan qurğuya xidmətə keçirildikdə ona ilkin olaraq III qrupdan yuxarı qrup verilə bilməz. Elektrik qurğularına nəzarət edən əməyin mühafizəsi üzrə mütəxəssislər elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa malik olmalıdır.