Cinayət işinin başlanması barədə qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işinin başlanması ilə eyni vaxtda davam edən və təkrar cinayətlərin qarşısının alınması, habelə cinayətin izlərinin, iş üçün əhəmiyyətli ola biləcək əşya və sənədlərin saxlanılması və mühafizəsi üçün tədbirlər görülməlidir.