Gəmi mülkiyyətçisi çirkləndirmədən vurulan zərərə görə Ticarət Gəmiçiliyi Məcəlləsinə müvafiq olaraq məsuliyyətini məhdudlaşdırmaq məqsədi ilə çirkləndirmədən vurulan zərərin əvəzinin ödənilməsinə dair ona qarşı iddianın verildiyi məhkəmədə, yaxud belə iddia verilmədikdə, onun verilə biləcəyi məhkəmədə gəmi mülkiyyətçisinin məsuliyyətinin həddinə bərabər olan məbləğdə məsuliyyətinin məhdudlaşdırılması fondunu yaratmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Belə fond məhkəmənin depozitinə məbləğin köçürülməsi vasitəsi ilə və ya məqbul olan bank və ya digər maliyyə təminatının təqdim edilməsi yolu ilə yaradıla bilər.