Hansı hallarda təhqiqatçı və ya müstəntiqin cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti üzrə göndərə bildiyi açıqlanıb.
Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Aşağıdakı hallarda təhqiqatçı və ya müstəntiq cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti üzrə göndərə bilər:
– həmin cinayətin araşdırılması onun səlahiyyətinə aid olmadıqda;
– cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə.