Daxili İşlər Nazirliyi “Formula-1 Qatar Airways Azərbaycan Qran Pri 2024” yarışları zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyaların siyahısını açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən Heftelik.az-a verilən məlumata görə, yarışların keçirildiyi məkana, ictimai asayişə potensial zərər və zədə gətirə biləcək əşyaların yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağandır.

Həmçinin

– Heyvanlar (fiziki məhdudiyyətli insanlara yardım göstərən xidməti heyvanlar istisna olmaqla)

– Spirtli içkilər, su qabları və hər növ içki qablaşdırmaları (uşaq üçün olan istisna olmaqla)

– Qidalar və içkilər (uşaq üçün olan istisna olmaqla)

– Odlu silah, soyuq silah və digər qeyri-döyüş silah oxşarları, fişənglər, alovlandırıcılar

– Lazer işıqları, rolik, skeytbord, seqvey, velosiped, skuter

– Oturacağın altına yerləşməyən iri əşyalar, oturacaqlar və əyləşmək üçün digər ləvazimatlar (fiziki məhdudiyyətlilər istisna olmaqla)

– Dronlar və digər uçan cihazlar,

– Megafon və buna oxşar cihazlar daxil olmaqla səs gücləndiriciləri və musiqi alətləri

– Soyuducu qutular, pikinik üçün səbətlər

– Provokativ rəmzlər və şəkillər, dini, siyasi ifadələr və şüarlar, təhqiredici banerlər və əşyalar

– İri əşyalar və bel çantaları,

– Tutacağı 1 metrdən uzun olan bayraqlar və çətirlər

– Peşəkar video çəkən cihazlar və obyektivi 30 sm-dən uzun olan fotokameralar yarışlar zamanı azarkeş zonasına gətirilməsi qadağan olunan əşyalar siyahısına daxildir.

Qeyd edək ki, “Formula 1” üzrə Azərbaycan “Qran-pri”si bu gün başlayır. Yarış sentyabrın 15-də başa çatacaq.