Gərginlik altında olan digər hava xətti ilə kəsişən hava xəttinin naqillərində işlər icra olunarkən torpaqlanma işlər aparılan dayaqda qoyulmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Bu aşırımda naqil asılırsa və ya dəyişdirilirsə, asılan və dəyişilən naqil də torpaqlanmalıdır. Hava xəttinin kəsişmələrinin aşırımlarında, gərginlik altında olan naqillərdən aşağıda yerləşən naqilləri (trosları) və onlara aid izolyatorları və armaturları dəyişərkən dəyişilən naqil (tros) vasitəsilə yuxarıda yerləşən naqillərin qırılmasının qarşısını almaq üçün üzərindən bitki mənşəli və ya sintetik kəndir atılmalıdır.