Hava xəttinə baxış keçirilən zaman naqillərin altında gəzmək qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava xəttində zədələnmələri axtaran şəxslərdə xəbərdaredici plakatlar və onları təhlükəli zonada bərkitmək üçün ləvazimatlar olmalıdır. Gərginlik altında olan və gərginliyi 6–35 kV olan hava xətti dayaqlarına, qısaqapanma cərəyanının torpağa sızması əlamətləri olduqda (o cümlədən izolyatorlar zədələndikdə, naqillər dayağın dirəyinə toxunduqda, dirəklərdə və dayaqların qruntla bağlanma yerlərində elektrik qövsləri yarandıqda, rütubət torpaqdan buxarlandıqda), həmçinin gərginliyi 1000 V-dan yuxarı olan hava xəttinin yerə toxunan naqilinə 8 m-dən yaxın məsafədə yaxınlaşmaq qadağandır.