Kənar mənbədən qidalanan gərginlik transformatorlarının ikinci tərəf qurğularında və dövrələrində işlər aparıldıqda gərginliyin əks-transformasiyası mümkünlüyünü istisna edən tədbirlər görülməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Rele mühafizəsi və elektroavtomatika qurğularının işləməsinin, o cümlədən kommutasiya aparatlarının açılması və qoşulması ilə sınaq yoxlamaları bu Qaydalara müvafiq aparılmalıdır.