Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərə görə məsuliyyətlə bağlı qaydaların kimlərə şamil edilmədiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Bu fəsildə müəyyən edilmiş qaydalar aşağıdakılara tətbiq edilmir:
– kompensasiyanın ödənilməsindən asılı olmayaraq, bu Məcəllənin 250.2.5-ci maddəsində müəyyən edildiyi kimi çirkləndirmədən vurulan zərərə;
– dənizlə təhlükəli yüklərin daşınması haqqında Beynəlxalq Məcəllədə göstərilən 7-ci sinifə aid olan radioaktiv maddənin vurduğu zərərə.