Məsuliyyətin sığortalanması və ya digər maliyyə təminatına aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Təhlükəli və zərərli maddələri faktiki olaraq daşıyan gəminin mülkiyyətçisi, bu fəsildə müəyyən edilmiş qaydalara əsasən vurulan zərərə görə öz məsuliyyətini örtmək üçün, vurulan zərərə görə məsuliyyətinin həddi məbləğində məsuliyyətini sığortalamalı və ya digər maliyyə təminatı (kredit təşkilatlarının zəmanətini) təqdim etməlidir. Müvafiq olaraq sığortalanma və ya digər maliyyə təminatı ilə qarantiya verilmiş istənilən məbləğ yalnız bu fəsildə müəyyən edilmiş qaydaların əsasında irəli sürülən tələblərin ödənilməsi üçün istifadə edilməlidir.