Sənədlərin özü və mətni fiziki nöqsanla daxil olduqda xüsusi tədbirlər görülür, pozulmuş mətnlər bərpa edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Mühafizə üçün daxil olan sənədlər tozluluq dərəcəsindən asılı olaraq tozdan təmizlənir.
Dezinfeksiyaya (dezinseksiyaya) və iqlimə uyğunlaşmağa ehtiyacı olmayan tozdan təmizlənmiş sənədlər saxlanılması üçün mühafizəxanalara verilir.