Nəqliyyatın buraxılışı üçün hərəkətə maneəçilik törədən hava xətti naqilləri avtomatik hərəkət edən kran, mobil qaldırıcı platforma, naqillər üçün qısqaclı universal ştanqlar və ya başqa vasitələr və qurğuların köməyi ilə təhlükəsiz yüksəkliyə qaldırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Hava xəttində, avtomobil yolları ilə kəsişmə sahələrində və ya yaxınlığında işlər zamanı nəqliyyatı və onun hərəkətini idarə edən şəxslərin xəbərdarlığı üçün iş icraçısı siqnallamalar və yol işarələri qoymalıdır.