Ölçmələr aparıldıqdan sonra torpaqlanmalar impulslu xətt ölçənin naqillərindən çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
İmpulslu xətt ölçənin naqillərini elektrik izoləedici ştanq vasitəsilə hava xəttinə birləşdirməni elektrik təhlükəsizliyi üzrə ІV qrupdan aşağı olmayan qrupa malik operativ-təmir heyəti yerinə yetirir. İmpulslu xətt ölçəni artıq hava xəttinin stasionar naqilinə birləşdirilmiş stasionar kommutasiya aparatı vasitəsilə qoşmağı və ölçmələri aparmağı təkbaşına operativ-təmir heyəti və ya sərəncam üzrə elektrik təhlükəsizliyi üzrə qrupu ІV qrupdan aşağı olmayan qrupa malik laboratoriya mütəxəssisi aparır.