İstehlakçılarda elektrik qurğularına nəzarət edən əmək mühafizəsi üzrə mütəxəssisləri elektrik təhlükəsizliyi üzrə IV qrupdan aşağı olmayan qrupa və istehsalat sahəsində 3 (üç) ildən az olmayan (elektrik qurğularında işləyib-işləməməsindən asılı olmayaraq) əmək stajına malik olmalıdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Elektroenergetika subyektlərinin elektrik qurğularına nəzarət edən mütəxəssislər elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı olmayan qrupa malik olmalıdır və onlar elektrotexniki (elektrotexnoloji) heyət üzvü ola bilərlər.