Səyyar sınaq qurğusunu şəbəkəyə sistem operatoru qoşmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Sınağı aparılan avadanlıq və sınaq qurğusu arasındakı birləşdirici naqil əvvəlcə onun torpaqlanmış yüksək gərginlik çıxışına birləşdirilməlidir. Bu naqil elə bərkidilməlidir ki, gərginlik altında olan cərəyandaşıyan hissələrə yol verilən bu Qaydalara 3 nömrəli Əlavədə qeyd edilən məsafədən az yaxınlaşmanın (yellənmənin) qarşısını almaq mümkün olsun.