Operatorun işləmə yerində sınaq gərginliyinin verilməsini xəbər verən, bir-birindən ayrı işıq və səs siqnallaması olmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.
Sınaq gərginliyini verərkən operator dielektrik xalça üstündə durmalıdır. Səyyar sınaq qurğuları, onların çıxışında gərginlik olduqda avtomatik qoşulan və sınaq gərginliyinin verilməsini xəbərləyən xarici işıq siqnallaması və səs siqnallaması ilə təchiz olunmalıdır.