İordan çayının qərb sahilində qətlə yetirilən Türkiyə vətəndaşı olan aktivist Ayşenur Ezginin nəşi İsraildən Bakıya gətirilib.
Heftelik.az-ın xəbərinə görə, bu barədə “Anadolu” məlumat yayıb.
Onun nəşini Bakıda Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qarşılayıb. Aktivistin nəşi daha sonra Türkiyəyə göndərilib.
Qeyd edək ki, türkiyəli hüquq müdafiəçisi, 26 yaşlı Aysenur Ezgi Eygi sentyabrın 6-ı İordan çayının qərb sahilində, Nablus şəhərinin Beyta məhəlləsində keçirilən etiraz aksiyası zamanı İsrail nişançısının açdığı atəş nəticəsində başından güllə yarası alaraq həyatını itirib.