Gəncədə 18 yaşlı qadının bıçaqlanmasının təfərrüatları məlum olub.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, şəhər sakini Aygün Əmiraslanovanı bıçaqlayan Murad Əmiraslanov onunla qeyri-rəsmi nikahda olan yeniyetmədir.
A. Əmiraslanova 2009-cu il təvəllüdlü Murad Əmiraslanovdan ayrılıb, başqa şəxslə ailə həyatı qurub. M.Əmiraslanovun Aygünü başqa şəxslə evləndiyinə görə bıçaqladığı bildirilir.
***
saat 11.21
Gəncədə bıçaqlanma hadisəsi olub.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, şəhər sakini 18 yaşlı Aygün Əmiraslanova bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb.
Qadın əməliyyat olunsa da, vəziyyətinin ağır olduğu deyilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Murad Əmiraslanov Aygün Əmiraslanovanın keçmiş həyat yoldaşıdır.