Sınaqlar aparmaq və onlara hazırlıq işləri üçün verilən naryad üzrə işə buraxılış yalnız sınaq aparılan avadanlıqda işləyəcək digər briqadaların üzvlərini işləmə yerindən çıxardıqdan və onlar tərəfindən naryad işəburaxana verildikdən sonra yerinə yetirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nda əksini tapıb.

Daimi operativ heyəti olmayan elektrik qurğularında iş icraçısına briqadanı çıxardıqdan sonra işdə fasiləni sənədləşdirib naryadı özündə saxlamağa yol verilir.