Bioloji ziyanvericilərlə zədələnmiş, təmizlənməmiş, nəm sənədlərin mühafizəxanalara qoyulması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
Saxlanma yerlərində olan sənədlərin fiziki vəziyyətinə nəzarət işlərin mövcudluğu və vəziyyəti yoxlanılarkən, eləcə də hər hansı arxiv işi yerinə yetirilərkən sənədlərə vərəq-vərəq baxılması tələb olunarkən həyata keçirilir.