İşlərin mövcudluğu və vəziyyətinin yoxlanılmasının nəticələrinə əsasən sənədlərin mühafizəsi rejiminin təmin olunması üçün lazımi ölçülər götürülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının penitensiar sistemində arxiv işinin təşkili haqqında Təlimat”-da əksini tapıb.
İşlərin mövcudluğu və vəziyyəti yoxlanarkən sənəd çatışmazlığı, onların qeydiyyatında ciddi nöqsanlar, məxfi məlumatların yayılmasına yol verən hallar aşkar edilərsə, buna fövqəladə hadisə kimi baxılır və bu barədə lazımi ölçü götürülməsi üçün arxiv işləri bölməsinin aid olduğu müvafiq xidmətlərin, müəssisələrin və qurumların rəhbərliyinə məruzə olunur.