Gəmidə və yaxud bilavasitə gəminin istismarı və ya xilasetmə əməliyyatları ilə əlaqədar vətəndaşın ölümü və ya sağlamlığının pozulmasından, yaxud əmlakın, o cümlədən liman qurğularının, su hövzələrinin, gəmiçilik yollarının və naviqasiya avadanlığı vasitələrinin itirilməsi və ya zədələnməsindən yaranan tələblər, habelə bunun nəticəsində sonradan vurulan hər-hansı bir zərərin əvəzinin ödənilməsi üzrə tələblər məsuliyyətin məhdudlaşdırılmasının təsiri altına düşür.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.