Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həmin işin bir neçə istintaq orqanına aid olduğu müəyyən edildikdə, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün Azərbaycan Respublikası Baş prokurorunun, onun müavinlərinin, habelə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı əsasında prokurorluğa və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına aid olan cinayət işi üzrə — prokurorun və ya prokurorluğun müstəntiqinin rəhbərliyi ilə birgə istintaq qrupu yaradılır.

Vəkil Araz Nurməmmədov Heftelik.az-a bildirib ki, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Eyni zamanda Azərbaycan Respublikasının bir neçə müvafiq icra hakimiyyəti orqanına aid olan cinayət işi üzrə — cinayətin ağırlıq dərəcəsindən asılı olaraq həmin orqanların müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılır və onun rəhbəri müəyyən edilir.